Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını Çexiyada davam etdirəcək.
Gununsesi.info xəbər verir ki, təcrübəli qapıçının Çexiyanın “Mlada Boleslav” klubuna keçidi rəsmiləşib. Otuz bir yaşlı futbolçu ilə 1+1 sistemi üzrə müqavilə imzalanıb.
Xatırladaq ki, K.Ağayevin son klubu Portuqaliyanın “Boavişta” komandası olub.
Gununsesi.info