Millimizin rəqibləri bəlli oldu

Futzal üzrə Azərbaycan millisinin 2026-cı ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Gununsesi.info -nun verdiyi xəbərə görə, seçmə komandamız V qrupda İsveç, Yunanıstan və Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2026-nın final mərhələsi Latviya və Litvada olacaq.

Gununsesi.info