Millimizin üzvləri komanda yoldaşlarını ölümcül döydülər – FOTO - VİDEO

  • By admin
  • 18 İyun 2017 20:02

idm

19 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri – Ülkü Özdəmir və Hatice Özdemir sabiq komanda yoldaşları Gizəm Tənəkəcini döyüblər.

Gununsesi.info xəbər verir ki, Newsport.az-ın əldə etdiyi özəl məlumata görə, hadisə Almaniyanın Frankurt şəhərinin Montobar qəsəbəsində baş verib.

Özdəmir bacıları və onların yanında olan adamlar Gizəm və anasını ölümcül döyüblər. G. Tənəkəci hazırda müalicə alır və vəziyyəti yaxşı deyil.

Zərərçəkmiş şəxs hadisə ilə bağlı Newsport.az-a özəl açıqlama verib:

https://www.youtube.com/watch?v=s5AvORYhV9k

 

Xatırladıq ki, Ülkü, Hatice Özdemirlər və Gizem Tənəkəci 17 yaşlılardan ibarət Azərbaycan yığmasında komanda yoldaşı olublar. G. Tənəkəci hazırda yığma komandaya dəvət almasa da, Özdemir bacıları U-19-un üzvləridir.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

Gununsesi.info