Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.
Federasiyanın Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi pozitiv çıxıb.
Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.
Qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.
Gununsesi.info