Millimizin üzvü “Bursaspor”dan qovuldu - FUTBOLÇU İKİNCİ DƏFƏDİR EYNİ AQİBƏTLƏ ÜZLƏŞİR

  • By admin
  • 08 May 2017 10:16

deniz-yilmaz

Milli komandamızın üzvü Dəniz Yılmaz növbəti dəfə “Bursaspor”dan kənarlaşdırılıb.

Gununsesi.info-nun fanat.az-a istinadən verdiyi məlumata görə, buna səbəb 29 yaşlı futbolçunun qeyri-stabil çıxışı göstərilib.

Super Liqanın XXX turunda “Çaykur Rizəspor”a böyük hesabla (0:6) məğlub olan “ağ-yaşıllar”da Dəniz “18-liy”ə daxil edilməmişdi. Məlum olub ki, baş məşqçi Adnan Örnəkin raportu əsasında oyunçu qeyri-müəyyən müddətə komandadan kənarlaşdırılıb.

Bununla Yılmaz cari mövsümdə ikinci dəfə eyni aqibətlə üzləşir. Bir müddət əvvəl Sərcan Yıldırımla birlikdə heyətdən kənarlaşdırılan hücumçu 5 gündən sonra bağışlanılmışdı.

Qeyd edək ki, bu mövsüm ümumilikdə keçirdiyi 21 matçda 5 qola imza atan Dəniz Yılmazın “Bursaspor”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

Gununsesi.info