Millimizin yeni baş məşqçisi bəlli oldu

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 14:23

AFFA Fernandu Santuşun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçi postuna Ayxan Abbasovu təyin edəcək. 

Gununsesi.info Sportal.az-a istinadən xəbər verir ki, onunla yeni müqavilə barədə razılığa gəlinib.

Bu həftə federasiya daha əvvəl U-21 komandasını çalışdırmış gənc məşqçi ilə yeni müqavilə imzalayacağını açıqlayacaq.

Müqavilənin təfərrüatı hələlik məlum deyil.

 

Gununsesi.info