Millinin sabiq üzvündə koronavirus aşkarlandı

  • By admin
  • 06 Mart 2020 10:41

Danimarka yığmasının sabiq üzvü Tomas Kahlenberqdə koronavirus aşkarlanıb. 

Gununsesi.org xəbər verir ki, bu barədə “Brondbü2 klubunun rəsmi saytı məlumat yayıb.

İddiaya görə, 36 yaşlı danimarkalı xəstəliyə Amsterdama səfəri zamanı yoluxub. Lakin Kahlenberq martın 1-də “Bröndbü” – “Lyunqbyu” matçını da canlı izləyib.

 Bu üzdən də xəstəliyə dəqiq harada yoluxduğu barədə dəqiq məlumat yoxdu. Hazırda o, son günlərdə təmasda olduğu daha 13 nəfərlə birgə karantinə alınıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Kahlenberqlə birgə karantinə alınanlar arasında “Brondbü”nün futbolçusu Joel Kabonqo, “Lyunqbyu”nun formasını geyinən Martin Ornskov, Kasper Yorgensen və Patrik da Silva da var.

Gununsesi.org