Milliyyətçi Demokrat Partiyası Polad Həşimov adına mükafat təsis edib

  • By admin
  • 02 Yanvar 2022 14:10

Azərbaycan Milliyyətçi Demokrat Partiyası Milli Qəhrəman General Polad Həşimov adına “AZƏRBAYCAN MİLLİ BİRLİK” mükafatı təsis edib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən partiyadan verilən xəbərdə bildirilir.

Məlumata görə, AMDP aşağıda göstərilən nominasiyaları üzrə müsabiqə elan edir.

Azərbaycanın haqlı səsinin peşəkarcasına yayılmasına, vətənpərvərliyin təbliğ edilməsinə dəstək olaraq, Azərbaycan Milliyyətçi Demokrat Partiyası(Bozqurd) milli medianın və gənclərin inkişafı, jurnalistlərin və gənclərin həvəsləndirilməsi və istedadlı gənclərin və mütəxəssislərin tanıdılması məqsədilə:

AZƏRBAYCAN MİLLİ BİRLİK” mükafatının aşağıda göstərilın nominasiyaları üzrə müsabiqə elan edir.

Müsabiqənin başlanma və bitmə tarixi:

Müsabiqə Cənab General Polad Həşimovun doğum günü münasibəti ilə 2 yanvarda materialların qəbulu başlayır və 02.02.2022-ci il tarixdə bitir.

Müsabiqədə iştirak edə bilər:

Müsabiqədə orta məktəb şagirdləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, rəssamlar, internet tv-lər, kütləvi informasiya vasitələrində çalışan və müstəqil fəaliyyət göstərən jurnalistlər, reportyorlar, rejissorlar, operatorlar, fotoqraflar və aparıcılar iştirak edə bilərlər.

Müsabiqəyə müraciət forması:

Sənədlər və materiallar Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Siyasi Şurasına təqdim edilməlidir.

Müsabiqədə hər nominasiya üçün bir yer və bir mükafat nəzərdə tutulub:

1. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı inşa yazan Şagird (Azərbaycan dilində) – mükafat 200 manat;

2. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı inşa yazan Şagird (İngilis dilində) – mükafat 200 manat;

3. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı inşa yazan Tələbə (Azərbaycan dilində) – mükafat 300 manat;

4. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı inşa yazan Tələbə (İngilis dilində) – mükafat 300 manat;

5. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı Televiziya Filmi-mükafat 1000 manat;

6. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı veriliş hazırlayan İnternet TV-mükafat 1000 manat;

7. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı Jurnalist Məqaləsi Çapda-mükafat 500 manat;

8. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı portret çəkən rəssam-mükafat 500 manat;

9. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı musiqi bəstələyən bəstəkar-mükafat 500 manat;

10. Milli Qəhrəman General Polad Həşimov haqqında Ən Yaxşı şeir yazan-mükafat 500 manat;

Münsiflər heyətinin tərkibi haqqında məlumat veriləcək

Mükafatlandırma:

Mükafatlandırma 22.02.2022-ci il tarixdə təqdim olunacaq.

Müsabiqənin şərtləri:
– Müsabiqəyə yalnız elan olunmuş nominasiyalara dair materiallar qəbul ediləcək.
– Müsabiqəyə materiallarln qəbuluna dair son tarix 02 fevral 2022-ci ildir.

İşləri təqdim etmək üçün materiallar istənilən daşıyıcıda verilə bilər. Formatlar: Mp4, Mp3, WAV, Jpg.E~mail ünvanı: info@azmdp.org

Təqdimat məktubunda nominant təqdim edən şəxsin əlaqə vasitələri yer almalıdır:

  1. Adı, Soyadı
  2. Yaşadığı ünvan
  3. Ev və ya iş telefonu
  4. Mobil telefonu (whatsapp)
  5. E-mail ünvanı

Bütün materiallar toplanaraq Milli Qəhrəmanımız General Polad Həşimov Haqqında kitab şəkilində çap olunacaq.

AZƏRBAYCAN MİLLİYYƏTÇİ DEMOKRAT PARTİYASININ SİYASİ ŞURASI Milli Qəhrəmanımız, Milli Birlik Simvolumuz General Polad Həşimovun 02 yanvar doğum günü münasibəti ilə bu Qərarı qəbul etmişdir.

29 dekabr 2021-ci il

P.S. 02.01.2022-ci il tarixdə General Polad Həşimovun 2- ci fəxri xiyabanda anım tədbiri olacaqdır