Milyarder ərindən boşanıb keçmiş sevgilisinə qayıtdı – foto

  • By admin
  • 20 Dekabr 2017 22:27


8 ay öncə ərəb milyarder Visaam Əl-Manadan boşanan Canet Cekson keçmiş sevgilisi Jerman Dyupriyə geri dönüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı müğənni ötən gün konsertindən sonra hazırlanmış partiyə sevgilisi ilə birgə qatılıb.

İkilinin son vaxtlar birlikdə tez-tez Nyu-Yorkda vaxt keçirdiyi bildirilir.

Qeyd edək ki, mərhum müğənni Maykl Ceksonun bacısı olan Canet Jermanla 7 il sevgili olub. Cütlük 2009-cu ildə ayrılıb. 3 il sonra ifaçı ərəb milyarder Vissam al-Mana ilə rəsmi nikaha girib. Onlar bu ilin aprelində boşanıblar. Cütlüyün bir oğlu var.

Gununsesi.info