Milyarder iş adamı mirasını itinə qoyub

  • By Admin2
  • 30 Oktyabr 2024 10:37

Dünyasını dəyişən dünya şöhrətli hindistanlı iş adamı Ratan Tata sərvətinin böyük hissəsini itinə qoyub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanda yerləşən Tata Qrupunun keçmiş sədri Ratan Tata oktyabrın 9-da 86 yaşında vəfat edib.

Heç vaxt evlənməmiş iş adamı 100 milyon rupidən (1,1 milyard dollar) çox olan sərvətini qardaşlarına buraxmaq niyyətində idi, lakin Tata Group-un keçmiş sədri sevimli alman çoban Titoya üstünlük verdi və qardaşı Cimmi Tatanı, ögey bacılarını tərk etdi.

Bildirilib ki, onun qardaşları mirasın yalnız bir hissəsini alacaqlar.

Qeyd edək ki, Hindistanda heyvan xeyriyyəçiliyi ilə tanınan Tata 2023-cü ilin iyul ayında Mumbayda ölkənin ilk Kiçik Heyvanlar Xəstəxanasını açıb.

Orxan Saffari

Gununsesi.info