Dünya şöhrətli amerikalı dizyaner Keyt Speydin yaşadığı evdə cəsədi tapılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis 55 yaşlı Speydi Nyu-Yorkdakı mənzilində asılmış vəziyyətdə aşkar edib. Keyt özündən sonra qeyd də qoyub. İstintaq davam etdiyi üçün məktubda yazılanlar açıqlanmır.
Qeyd edək ki, çanta dizaynı ilə tanınan Keytin ABŞ-da 140, dünyada isə 175-dən çox mağazası var.