“Milyonçu” şousunda maraqlı hadisə baş verib

  • By ilhame
  • 27 Fevral 2024 19:51

Britaniya televiziyasında yayımlanan “Milyonçu” şousunda maraqlı hadisə baş verib.

 

Gununsesi.info xəbər verir ki, 125 min funt-sterlinq dəyərindəki mərhələyə qədər qalxan iştirakçıya Formula 1 haqqında sual verilib.

 

Sual belə olub: “Pilota göstərilən mavi bayraq nəyi işarə edir?”

 

Cavab versiyaları isə aşağıdakı kimi olub:

a) Dərhal boksa qayıtmaq

 

b) Qarşıda yavaş sürətlə gedən maşın var

 

c) Sürüşkən trass

 

d) Daha sürətli maşın sizi keçmək istəyir

 

Redaktorların düzgün cavabı D variantı olub. Halbuki, bu, Formula 1 qaydalarına görə düzgün deyil. Mavi bayraqlar pilotu bir dövrə keçməyə cəhd olarkən göstərilir.

Gununsesi.info