Milyonçular klubu Türkiyəni tərk edir

  • By admin
  • 04 Sentyabr 2017 14:00

milyoncu

6 min milyonçu Türkiyəni tərk edib. Onlar daha çox ABŞ və Avstraliyaya köç edirlər.

Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, 2016-ci ildə varidatı 1 milyon dollardan yuxarı olan 82 min insan öz yaşadığı ölkəni tərk edib.

2015-ci ildə isə bu rəqəm 64 min nəfər olub. Bu barədə “Global Health Review”in hazırladığı hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, milyonçuların ölkəni tərk etməsinə səbəb siyasi və iqtisadi durumdur. Hesabata əsasən ən çox milyonçu köçü Fransada qeydə alınıb. Milyonçuların ölkəni tərk etməsinə görə ən böyük artım Türkiyədədir. Belə ki, son dövrlərdə milyonçular Türkiyəni davamlı olaraq tərk etməkdədirlər və bu say artmaqdadır. 2016-cı ildə də bu artım qeydə alınıb. Belə ki, digər ölkələrlə müqayisədə 2016-cı ildə 500 nəfərdən çox olmaqla Türkiyə bu siyahıda birinci yerdə qərarlaşıb. Ümumiyyətlə, Türkiyəni tərk edən milyonçuların 11 mini Avstraliyada, 10 mini isə ABŞ-da qərarlaşıb.

Milyonçuların tərk etdiyi ölkələr sırasına Fransanın başçılıq etdiyi bildirilir. Hesabatda qeyd olunur ki, 2016-cı ildə Fransada iqtisadi artımın qeydə alınmasına baxmayaraq, 2015-ci ildə 10 min, 2016-cı ildə isə 12 min milyonçu ölkəni tərk edib.

Fransadan milyonçuların köç etməsinə səbəb son illərdəki terror hadisələridirsə, digər amillər kimi prezidentlik seçkisi zamanı ultra sağçı Marine Le Penin prezident seçiləcəyi təqdirdə Fransanın Avropa Birliyindən çıxaması ilə bağlı vədi də öz mənfi təsirini göstərib.

Gununsesi.info