Milyonlarla rusiyalı 2 il əvvəl belə düşünürdü

  • By admin
  • 12 Avqust 2024 11:48
Rusiyanın Ukraynaya işğal müharibəsində uğursuzluq, yüz minlərlə rus həbrçilərinin və saysız-hesabsız texnikasının məhvi Putin Rusiyasını dünyanın gülüş hədəfinə çevirib. 
Siyasi şərhçi Kamran Cəfərov Gununsesi.info-ya deyir ki, 2 il əvvəl milyonlarla rusiyalı başqa xəyallarla yaşayıb: “2022-ci ilin fevralında “Çox az qalıb, indilərdə Putin ordumuza Ukrayna ilə Polşa sərhədinə çıxmağa əmr edəcək və hər şey yaxşı olacaq” deyə təbliğatı gedirdi. İndi 2024-cü ilin avqustudur. “Çox az qalıb, indilərdə Putin ordumuza öz sərhədlərimizə nəzarəti bərpa etməyə əmr edəcək və hər şey yaxşı olacaq” deyirlər. Bu söhbət yadıma maraqlı bir faktı xatırlatdı. Qədim Misirdə tarixçilər hadisələri kağıza köçürdəndə, onlara, hər hansı məğlubiyyətlər barədə yazmağa qadağan idi. Misirlilər məğlubiyyətlər barədə bilirsiniz necə xəbər tuturdular? “Qələbələr” gündən-günə paytaxta daha yaxın ərazilərdə baş tutanda…”
Günay
Gununsesi.info