Milyonun ağırlığı nə qədərdir?

  • By admin
  • 03 Avqust 2016 10:41

Pul

 

Nə vaxtsa milyon dollarların, avroların ümumi çəkisinin nə qədər olduğu barədə düşünmüsünüzmü?

Milyon dollar — 10 kq

Yəqin ki, filmlərdə 100 milyon dollarla dolu qara çemodanı hər biriniz görmüsünüz. Bu çemodanın orta hədlə çəkisi 10 kiloqrama bərabərdir, lakin 1 milyon dollar yalnızca 100 dollarlıq banknotlardan ibarət olarsa. Əgər 1 milyon dollar 50 dollarlıq banknotlardan ibarət olarsa, bu zaman onun çəkisi 20 kiloqram olacaq. Bunu daşımaq çətin olsa da, mümkündür. Sentlərdən ibarət olan milyon dolları aparmaq üçün isə yük maşını lazım olacaq. 50 və 10 sentlərdən ibarət olan milyon dolların çəkisi 23 ton edir.
Eləcə də bax: 500 avroluq əskinas ləğv edilə bilər.

Milyon avro — 2,24 kq

Avropa valyutasının nominalının belə böyük olmasına baxmayaraq, çəkisi əhəmiyyətli dərəcədə azdır. 500 avrolardan ibarət olan 1 milyon avro asanlıqla çantaya yerləşir və 2,24 kiloqram çəkiyə sahibdir. 50 avroluq banknotlardan ibarət 1 milyon avronun çəkisi isə 18,4 kiloqrama çata bilər. Qəpiklərlə isə 1 milyon dollar 7500 kq, 1 avro senti ilə isə 230 ton edəcək.

Milyon qızıl — 23,25 kq

Son zamanlar qızılın məzənnəsi sabit deyil və daim artır. Qıızldan ibarət 1 milyon dolların çəkisi 23,25 kq olacaq. Belə ki, bazarda 1 qram qızılın dəyəri orta hədlə 43 dollardır və 1 milyon ABŞ dolları asanlıqla cəmi 2,11 qızıl külçəsinə yerləşir. Qıızldan ibarət olan 1 milyon avronun çəkisi isə 25,64 kq edəcək ki, bu da 2,33 qızıl külçəsi deməkdir.

Bank kartında 1 milyon — 5 q

Bank kartı unikal maliyyə alətidir. Sahib olduğu 5 qramlıq çəki ilə özündə bankın icazəsi fonunda istənilən valyutada, istənilən qədər milyon vəsait saxlaya bilər. Lakin bəzi hallarda zəngin müştərilərin xahişi ilə xüsusi bank kartları yaradılır. Məsələn, Visa ilə Rusiyanın “Sberbank” bankının birgə layihəsinə əsasən 26 brilyantdan və 750 əyarlı qızıldan unikal bank kartı yaradılmışdı. Bu kartda milyonlarla vəsait saxlamaq mümknüdür. Lakin bu kartın özünün ümumi çəkisi 40-50 qram çərçivəsindədir. (Banker.az)

 

Gununsesi.info