Minalanmış ərazilərin xəritələri jurnalistlərə verilməlidir - AMERİKADAN ERMƏNİSTANA ÇAĞRIŞ

  • By admin
  • 05 İyun 2021 21:43

Ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) iki Azərbaycan jurnalistinin Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmasını “lazımsız faciə” adlandırıb. 

Bu barədə təşkilatdan Gununsesi.info-nun elektron ünvanına göndərilən açıqlamada deyilir.

Açıqlamada Ermənistan hakimiyyətindən  mina xəritələrini mətbuat nümayəndələri ilə paylaşmaq da tələb olunub: “Bu xəritələr jurnalistlərə paylanmalıdır ki,  başqa jurnalistlər də münaqişənin qurbanı olmasın. Biz bu bölgədəki bütün tərəfləri jurnalistlərin fəaliyyətlərini həyata keçirərkən təhlükəsizliklərini təmin etməyə çağırırq”.

Gununsesi.info