Minaya düşən fransalı jurnalist ölüb

  • By admin
  • 20 İyun 2017 15:05

13

İraqın Mosul şəhərində minaya düşərək yaralanan fransalı jurnalist Stefan Vilnev ölüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İraqın Ərbil şəhərində yerləşən Fransanın Baş Konsulluğu məlumat yayıb.

Belə ki, Mosulun qərb hissəsində yerləşən “Köhnə Şəhər”də İraq Ordusunun apardığı əməliyyatları təqib edən fransali jurnalist Stefan Vilnev daxil olmaqla daha 2 müxbir İŞİD-in (İraq-Şam İslam Dövləti) yola basdırdığı minanın partlaması nəticəsində yaralanıb.

Məlumatda bildirilir ki, S.Vilnev dərhal xəstəxayana yerləşdirlib. Lakin həkimlərin səyinə və xəstəyə göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilasetmək mümkün olmayıb.

Partlayış zamanı yaralanan digər 2 jurnalist isə təcili yardım təyyarəsi ilə Fransaya göndərilib.

Qeyd edəkki, dünyasını dəyişən jurnalistin “France 2” kanalının əməkdaşı olduğu bildirilib.

Anar

Gununsesi.info