Mingəçevir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb- FOTOLAR

Mingəçevir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Mingəçevir “ASAN Həyat” konsepsiyası Mingəçevir “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur.

Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər.

“ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlatının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

12 mart 2018-ci il tarixində Mingəçevir “ASAN xidmət” mərkəzinə ilk müraciət qeydə alınıb. Belə ki, İlqar Həsənli Daxili İşlər Naziriliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Mingəçevir “ASAN xidmət” mərkəzi Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş rayonunda qeydiyyatda olan və ümumi sayı 340 minə yaxın olan vətəndaşa xidmət göstərir.

“ASAN Həyat” kompleksi üç mərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir.

1.”ASAN xidmət” mərkəzi
2.Kinoteatr
3. ASAN Peşə
4. Teras Kafe

Kompleks üçün ayrılan 1.21 hektar ərazidə park, fontan və oturacaqlar, avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası da salınıb.

Mingəçevir regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir.

Eyni zamanda, mərkəzdə 68 növ funksional yardımçı xidmət (bank, sığorta, tərcümə xidmətləri və s.) təşkil edilib.

Mingəçevir “ASAN xidmət” mərkəzi Mingəçevir şəhəri (əhalisi 103 222), Yevlax rayonu (əhalisi 126 642), Ağdaş rayonu (əhalisi 107 903) ərazisində qeydiyyatda olan, ümumilikdə 337 767 vətəndaşa xidmət göstərəcək.

COMMENTS