VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017

19 Sentyabr 2017 - 15:58

Mingəçevir Dövlət Universitetində hicab qadağan olundu- REKTOR BAŞI ÖRTÜLÜ TƏLƏBƏLƏRİ DƏRSƏ BURAXMAYACAQ

1-20-690x450

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev dərsə hicabla gələn tələbə qızların universitetə buraxılmayacağını deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə avropa.info-ya Mingəçevir Dövlət Universitetinin tələbələri məlumat veriblər.

Mingəçevir Dövlət Universitetinin rektoru Akif  Hacıyev bu qərarını dünən tələbələrin qarşısında çıxış edərkən açıqlayıb.

Rektorun qərarından narazı olan tələbələrin valideynləri məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət ediblər. Təhsil Nazirliyində valideynlərə bildiriblər ki,  bu məsələ Mingəçevir Dövlət Universitetinin daxili işidir, nazirlik bu məsələyə qarışa bilməz.

Məsələ ilə bağlı Mingəçevir Dövlət Universitetinin münasibətini öyrənməyə çalışdıq. Dəfələrlə etdiyimiz zənglərə baxmayaraq, universitetdən telefona cavab verən olmadı.

Təhsil Nazirliyinə də etdiyimiz zənglər cavabsız qaldı.

Gununsesi.info




loading...
Loading...