Mingəçevir su anbarında çimən şəxs boğulub

  • By ilhame
  • 10 İyul 2024 19:47

Mingəçevir su anbarında çimən şəxs boğulub.

 

Gununsesi.info-nun məlumatına görə, öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.

 

Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info