Mingəçevirdə qətl hadisəsi törədilib.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Gununsesi.info