Mingəçevirdə 24 yaşlı gənc suda boğularaq öldü

  • Müəllif: Firuzə
  • 11 İyul 2026 23:23

Mingəçevir su anbarında bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbərinə görə, 24 yaşlı Rəşad Çərkəzli su anbarının ərazisində yerləşən çimərlikdə çimərkən suda boğularaq həyatını itirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Gununsesi.info