Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

  • By admin
  • 01 Aprel 2018 20:15


Mingəçevir şəhərində azyaşlı uşağı maşın vurub.

“Report” xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, 1 saylı orta məktəbin qarşısında baş verib.

İlkin məlumata əsasən, “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Yəhyayev Əli Zaur oğlunu vurub. Sürücünün müşayiəti ilə yaralı xəstəxanaya çatdırılıb.

Uşaq hadisə baş vermiş ərazidəki 45 saylı binada yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info