Mingəçevirdə avtomobil iki piyadanı vurub

  • By ilhame
  • 20 Dekabr 2023 21:31

Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində piyadalardan biri- 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info