Mingəçevirdə avtomobilin vurduğu qadın piyadaların adları məlum olub – YENİLƏNİB

  • By admin
  • 02 Aprel 2018 19:22


Mingəçevir şəhərində avtomobilin vurduğu 4 piyada qadından 3-nün adı məlum olub.

“Report” xəbər verir ki, bunlar Fəridə Məmmədəli qızı Məmmədova, Tamara Alsemid qızı Qaradilova və Yeganə Ədalət qızı Qarayevadır.

Digər piyada isə ciddi xəsarət almadığı üçün xəstəxanaya müraciət etməyib.

***16:33

Mingəçevir. 2 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində 4 piyadanı avtomobil vurub.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil 4 nəfər qadını vurub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Gununsesi.info