Mingəçevirdə azyaşlını avtomobil vuraraq ağır xəsarət yetirib

  • By admin
  • 14 Sentyabr 2017 20:28

qeza_0235
Mingəçevir şəhərində avtomobil 6 yaşlı uşağı vuraraq ağır xəsarətlər yetirib.
”Report” xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2011-ci il təvəllüdlü Maqsud Elşən oğlu İbrahimovu yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil vurub. Hadisəni törədən 37 yaşlı sürücü yaralı uşağı xəstəxanaya çatdırıb. Dərhal əməliyyat olunan uşağın zədələnmiş dalağı çıxarılıb. Xəstəxanadan yaralının vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info