Mingəçevirdə beşmərtəbəli binada yanğın oldu

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

HTML tutorial

Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gununsesi.info