Mingəçevirdə DƏHŞƏTLİ QƏZA: 2 qadın öldü -FOTO

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, məlumatına görə, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub.

HTML tutorial

Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib.

Araşdırma aparılır.