Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.
Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.
Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.
Gununsesi.info