Mingəçevirdə iki avtomobil toqquşub- YARALILAR VAR

Mingəçevirdə iki avtomobil toqquşub

Axşam saatlarında Mingəçevir şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində, “Opel” və “Jeep” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində maşınlar ciddi deformasiyaya uğrasa da, avtomobildə olanlar yüngül xəsarət alıb.

Gununsesi.info

COMMENTS