Mingəçevirdə maşın körpüdən aşıb

  • By ilhame
  • 28 Yanvar 2024 14:26

Mingəçevirdə idarəermədən çıxan avtomobil aşıb.

 

Gununsesi.info xəbər verir ki, hadisə Naxçıvan küçəsi üzərində yerləşən nəqliyyat körpüsü üzərində baş verib.

 

Yoldakı sürüşkənlik səbəbindən idarəetmədən çıxan minik avtomobil körpü üzərindən aşaraq yol kənarına düşüb.

 

Yaralı sürücü – 1995-ci il təvəllüdlü Hüseynov Hüseyn Ələsgər oğlu xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info