Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.
Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, onun bud nayihəsindən yaralandığı yerdə şüşə qırıqları və qan izləri olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info