Mingəçevirdə şəhidin xatirəsinə bulaq istifadəyə verildi – FOTO/VİDEO

  • By admin
  • 13 May 2021 10:37

Mingəçevirdə Vətən müharibəsi şəhidi Atiq İbrahimovun xatirəsinə ehsan bulağının açılışı olub.

Bulağın açılışında şəhidin doğmaları, icra hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Qeyd edək ki, İbrahimov Atiq Ariz oğlu 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib və Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra Azərbaycana qayıdıb.

O, Ballıqaya, Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabr ayının 16-da qəhrəmancasına şəhid olub.

//baku.tv/az/dunyaa/38026/#t=0

Gununsesi.info