Mingəçevirdə sahibsiz it Kəlbəcər sakininə hücum edərək ona ağır xəsarətlər yetirib

  • By admin
  • 23 Sentyabr 2021 21:48

Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb.

Sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib.

İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Gununsesi.info