Mingəçevirdə və Binəqədidə yanğın olub

  • By admin
  • 26 Noyabr 2017 09:30


Mingəçevir şəhərində tanğın olub. Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar hadisə Bakı şəhərinin Binəqədi rayonunda da baş verib. Burada mağazanın dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə və kondisioner yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 5 m2 sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info