Mingəçevir ictimaiyyəti 20 Yanvarı izdihamla qeyd etdi

  • By admin
  • 24 Yanvar 2022 10:14

Ölkənin bütün rayon və şəhərlərində Azərbaycanın şərəfli tarixlərindən biri olan 20 yanvar faciəsinin ildönümü Mingəçevirdə də izdihamla qeyd olunub.

Şəhər icra hakimiyyətindən Gununsesi.info-ya daxil olan xəbərə görə,  Mingəçevirin Şəhidlər Xiyabanında ucaldılmış 20 Yanvar şəhidlərinin abidə kompleksi bu gün daha izdihamlı idi. Minlərlə mingəçevirli ümumxalq hüzn günündə abidə kompleksini ziyarət edərək, 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq kompleksin önünə gül dəstələri qoyurdular. Şəhidlər Xiyabanına gələn mingəçevirlilər paralel olaraq burada uyuyan Vətən müharibəsi şəhidlərinin qəbirlərini də ziyarət edir, önünə gül dəstələri qoyurdular.

Hüzn günündə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə oraqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər heyəti, Vətən müharibəsi veteranları, Şəhid ailələri cəmiyyətlərinin sədrləri, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri də Şəhidlər Xiyabanına gələrək abidə önünə əklillər və gül dəstələri qoydular. İzdihamlı mitinq zamanı şəhidlərin ruhuna dualar oxundu. Saat 12 tamamda isə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

 

 

 

Gununsesi.info