Mingəçevirdə 2 maşın toqquşdu -Yaralılar var

  • By admin
  • 08 Dekabr 2022 10:55

Mingəçevirdə ağır yol-nəqliyyat ahdisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, “VAZ-2107” və “VAZ-2110” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Belə ki, “VAZ-2107” və “VAZ-2110” markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə 6 nəfər – 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info