Mingəçevirdə 32 yaşlı qadın döyüldü

  • By admin
  • 15 Noyabr 2017 22:25


Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb.

Report xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Gununsesi.info