Mingəçevirdə 9 yaşlı güləşçinin məşq zamanı başı yarılıb

  • By admin
  • 17 Fevral 2018 21:40


Mingəçevirdə 9 yaşlı güləşçi məşq zamanı ciddi xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə şəhər stadionunda fəaliyyət göstərən güləş zalında baş verib.

2009-cu il təvəllüdlü Atakişiyev Ümid Bilal oğlu məşq zamanı fənd işlədərkən baş nahiyəsi ehtiyatsızlıqdan zalın divarına dəyib. Nəticədə başı yarılan uşaq xəstəxanaya yerləşdirilib.

Gununsesi.info