Mingəçevirdə avtomobil 83 yaşlı kişini vuraraq öldürüb

  • By admin
  • 19 Yanvar 2018 10:44


Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Şəhriyar küçəsində qeydə alınıb. “Ford Transit” markalı yük avtomobili yolu keçən piyadanı, 1935-ci il təvəllüdlü Qəmbər Yusifovu vurub. Ağır bədən xəsarətləri alan Q. Yusifov təcili yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info