Mingəçevirdə gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

  • By admin
  • 14 Yanvar 2018 20:12


Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin N.Nərimanov küçəsində baş verib.

Belə ki, piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçmək istəyən 1993-cü il təvəllüdlü şəhər sakini Şəfiyev Əvəz Aydın oğlunu taksi xidməti göstərən “VAZ” markalı avtomobil vuraraq ağır xəsarət yetirib.Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info