Mingəçevirdə mənzildən 30 min manatlıq oğurluq edilib - FOTO

  • By admin
  • 17 Mart 2018 20:16


Mingəçevirdə mənzildən oğurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerli sakin Sevda Abdullayevaya məxsus mənzil qarət olunub.

Əldə edilən məlumata görə, evdən təqribən 30 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info