Mingəçevirdə naməlum şəxs özünü Kür çayına atıb

  • Müəllif: admin
  • 04 Yanvar 2018 20:45


Mingəçevir şəhərində bir nəfər özünü körpüdən Kür çayına atıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin “Aran” dalğıc-axtarış qrupu və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Hələlik axtarışlar heç bir nəticə verməyib və qaranlıq düşdüyündən axtarışların yanvarın 5-də davam etdirilməsi qərara alınıb.

Gununsesi.info