Mingəçevirdə qadın əri tərəfindən döyülərək xəsarət alıb

  • By admin
  • 21 Fevral 2018 22:23


Mingəçevir şəhərində ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Əliağa Vahid küçəsi 4 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Cəfərova Samirə Tahir qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info