Mingəçevirdə su kəsiləcək – XƏBƏRDARLIQ

  • By admin
  • 21 Sentyabr 2021 16:29

Sabah Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Gununsesi.info-a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, təsdiqlənmiş plana və təlimata uyğun olaraq şəhərdəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Gununsesi.info