Mingəçevirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub – YENİLƏNİB

  • By admin
  • 04 Yanvar 2018 19:39


Mingəçevir şəhərində yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub.

“Report” xəbər verir ki, bu, şəhər sakini, 2000-ci il təvəllüdlü Sərvan Qəhrəman oğlu Mustafazadədir.

*** 18:00

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Nissan X-Trail” markalı avtomobil yolu keçmək istəyən 25-30 yaşlarında gənci vurub. Avtomobil həmin şəxsi bir neçə metr sürüyüb və ağır bədən xəsarətləri alan gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Gununsesi.info