Mingəçevirdəki qəzada 3 nəfər yaralandı

  • By admin
  • 19 İyul 2016 13:39

qeza m

 

 

Mingəçevirdə 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında 20 Yanvar küçəsində baş verib. “Mercedes” markalı avtomaşının sürücüsü Mingəçevir sakini 1987-ci il təvəllüldü Ayaz Qasımov Şirəli oğlu qəfildən avtomaşınının idarəetməsini itirib. Avtomobil əvvəlcə yolun kənarında dayanmış VAZ 21 099 markalı avtomobilə, bundan sonra da səkiyə qalxaraq ağaca çırpılıb. Nəticədə sürücü ilə yanaşı mercedesdəki sərnişinlər Mingəçevir sakinləri  1987-ci il təvəllüdlü Xudiyev Yaşar Şura oğlu və 1978-ci il təvəllüdlü Bəkirov Vüqar Akif oğlu ağır bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstələrin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı MŞPŞ tərəfindən araşdırma aparılır.