Mingəçevirdən qardaş Türkiyəyə dəstək -FOTO

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

Mingəçevir şəhəri də bu kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən Mingəçevirlilər yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən müxtəlif növ zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılaraq təyin olunmuş ünvanlara göndərilir.

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün 5 ədəd konteyner evlər sifariş olunaraq hazırlanmış və 14.02.2023-cü il tarixdə zəlzələdən zərər çəkmiş bölgələrə yola salınmışdır.

Gununsesi.info