Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşib

  • By ilhame
  • 19 Noyabr 2023 14:52

Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq.

Qeyd edək ki, 2022-ci ildə Slovakiyada keçirilən son Avropa çempionatının qalibi Azərbaycan millisidir.

Gununsesi.info