Minik avtomobilindən spirtli içkilər aşkar olunub

  • By admin
  • 11 Sentyabr 2017 15:30

spirtli

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycanvətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətinə düzgün bəyan edilməyən və aksiz markasız 18 ədəd 1 litrlik “Qosudarev zakaz” adlı spirtli içki aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info